8 il ölkə idarə etdi, evinə qatarla qayıtdı - Foto

22-01-2017, 08:23           

BŞ-ın dünəndən sabiqə çevrilən vitse-prezidenti Co Bayden postundan ayrıldıqdan sonra ənənəni pozmayaraq evinə qatarla qayıdıb.

Axar.az xəbər verir ki, Bayden vəzifədə olduğu dönəmdə dəmiryolu nəqliyyatından ən çox istifadə edən rəsmi şəxslərdən biri kimi yadda qalıb.

Onun təxminən 8 min dəfə qatardan istifadə etdiyi bildirilib.

Məlumata görə, hətta 2011-ci ildə “Amtrak” Dəmir Yolu şirkəti bir stansiyaya Bayden adını da verib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.