Trampa qarşı qadınlar ayağa qalxdı, iğtişaş başladı –200 nəfər saxlanıldı, yaralılar var

22-01-2017, 08:54           

ABŞ-ın paytaxtı Vaşinqtonda qadınların yürüşü keçirilib.

Ölkənin müxtəlif şəhərlərindən gələn zərif cinsin minlərlə nümayəndəsi Donald Trampın prezidentliyinə etiraz etmək üçün küçələrə axışıblar.

Yürüş iştirakçıları milyarder prezidentin immiqrantlar, cinsi azlıqlar, o cümlədən irqçiliklə bağlı çıxışlarına kəskin etiraz ediblər.

Qeyd edək ki, digər ştatlarda fəaliyyət göstərən qadın hüquqları ilə bağlı təşkilatlar da Tramp əleyhinə aksiyalara dəstək verəcəklərini bildiriblər(Axar.az).

Onu da xatırladaq ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Donald Tramp əleyhinə təşkil edilən aksiyalarda 6 polis, o cümlədən bir neçə nümayişçi yaralanıb.

Bundan başqa paytaxtda bir neçə avtomobil yandırılıb və iaşə obyektlərinin şüşələri sındırılıb. Qarşıdurma zamanı polisin bibər qazından istifadə etdiyi bildirilib.

Bundan əlavə, 220 iğtişaşçının saxlanıldığı da vurğulanıb.

Qeyd edək ki, nümayiş zamanı etirazçıların əksəriyyətində müxtəlif növ maskaların olması diqqət çəkib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.