Rusiya qoşunları Ukraynadan çıxır – Rəsmi

23-01-2017, 14:33           
Rusiya qoşunları Ukraynadan çıxır – Rəsmi
Rusiya orduları mərhələli şəkildə Donbasdan çıxmağa başlayıb.

Axar.az xəbər verir ki, bunu “112 Ukraina” televiziyasına açıqlamasında Ukrayna Daxili İşlər nazirinin müşaviri İlya Kiva söyləyib.

“Rusiya qismən öz ordularını geri çəkməyə başlayıb. Artıq hərəkət var. Lakin Moskva sistemi elə qurub ki, Ukrayna ordusu hücuma keçməyə başlayan kimi dərhal burada qoşunlarını artıra biləcək. Qoşunların Donbasdan Rusiyaya çəkilməsi Kremlin bu ərazilərdə nəzarəti zəiflətməsi deməkdir”, – deyə o bildirib.

Qeyd edək ki, Donbas konflikti 2014-cü ildə Rusiyanın dəstəyi ilə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru