Rusiya təkbaşına qaldı: Qərb şirkətləri üz çevirdi

23-01-2017, 17:10           
Rusiya təkbaşına qaldı: Qərb şirkətləri üz çevirdi
Rusiyanın “Qazprom” şirkəti Şimal Axını-2 qaz kəmərinin tikintisini təkbaşına maliyyələşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Der Standart” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet buna səbəb kimi “Qazprom”un avropalı tərəfdaşlarının bu layihəni maliyyələşdirməkdən imtina etməsini göstərib:

“Qazprom artıq Şimal Axını-2 qaz kəməri layihəsində təkbaşına qalıb. “Engie”, OMV, “Şel”, “Vinterşol” kimi şirkətlər layihədə iştirakdan imtina ediblər. “Qazprom” indi əvvəl planlaşdırdığından iki dəfə çox xərcləməli olacaq. O, qaz kəmərinin tikintisi üçün 1,75 milyard avro ödəməlidir”.

Qeyd edək ki, Şimal Axını-2 layihəsinə əsasən qaz kəməri Rusiya Baltik dənizinin dibi ilə Almaniyaya çəkilməlidir. Bu qaz kəməri ildə Avropanı 55 milyard kub metr qazla təchiz etmək imkanında olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.