Ermənistan İrandan quşçuluq məhsullarının idxalına qadağa qoyub

23-01-2017, 23:00           
Ermənistan İrandan quşçuluq məhsullarının idxalına qadağa qoyub
Ermənistan İrandan quşçuluq məhsullarının idxalına qadağa qoyub. Bu barədə “Kavkaz-uzel” Ermənistanın kənd təsərrüfatı nazirliyinə istinadən məlumat yayıb.

Quş qripi təhlükəsinə görə qoyulan qadağa yumurta, quş, xammal və quş yeminə şamil edilir. Məlumata əsasən, müvəqqəti qadağa Mərkəzi Gülüstan, Gilan, Kirmanşah, Qəzvin vilayətləri və Tehrandan gətirilən məhsullara aiddir.

Qadağa 20 yanvaradək İrandan Ermənistana gətirilən məhsullara aid deyil.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru