Çin gəmiləri Fars körfəzi sularında –Rəsmi Pekindən Trampa ilk siqnal

23-01-2017, 23:05           

Strateq.az xəbər verir ki, üç Çin gəmisi, o cümlədən raketli esmines Qətərin paytaxtı Dohadan sonra yanvarın 23-də Səudiyyə Ərəbistanının Ciddə liman şəhərinə gəlib.

Çinin hərbi dəniz donanması beynəlxalq antiterror əməliyyatları çərçivəsində Yəmən və Somali sahillərində müntəzəm keşik çəkir. Lakin indi, 2014-cü ildə ilk dəfə İrana səfər etdikdən sonra Çin hərbi gəmilərinin körfəz sularına girməsini analitiklər ABŞ prezidenti Donald Trampın bu ölkə ilə bağlı sərt bəyanatlarına cavab hesab edirlər.

Ekspertlərin fikrincə, rəsmi Pekin qlobal səhnədə böyük rol oynamaq arzusunun artıq ilk siqnallarını verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru