Astana danışıqları nəticəsiz qaldı

24-01-2017, 07:42           

Qazaxıstanın Astana şəhərində Suriya problemlərinin çözülməsi istiqamətində keçirilən görüşdə heç bir nəticə əldə olunmayıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev bildirib. Onun sözlərinə görə, Suriyada tərəflər heç bir razılığa gəlməyiblər.

“Baxmayaraq ki, bu gün Suriya nümayəndə heyətləri arasında ortaq razılıq əldə olunmadı, mən görüşün keçirilməsini vacib addım hesab edirəm. Heç olmasa Suriyadakı müxalif qüvvələr bir aralığa gəldilər. Bir neçə saat olsa da, onlar bir-birinin gözünə baxaraq danışdılar. Onlara deyilən sözlərə qulaq asdılar. Bunun özünü də xeyli irəliləyiş saymaq olar. Bir daha qeyd etmək istərdim ki, bu görüş çox vacib idi”, - deyə Aleksandr Lavrentyev bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.