Pentaqon Rusiya mediasının “yalanını çıxartdı”

24-01-2017, 13:51           

Pentaqon Rusiyanın Suriyadakı hərbi-hava qüvvələrinin İslam Dövləti adlanan təşkilatın mövqelərinə aviasiya zərbələri üçün koordinatlar verdiyi barədə Rusiya dövlət mediasında yayılmış xəbərləri təkzib edib.

Xəbər365 bildirir ki, yanvarın 23-də Rusiya hökumətinə bağlı media qurumlarının bir neçəsi Rusiya Müdafiə Nazirliyinə istinadən bildirmişdi ki, guya Vaşinqton Suriyadakı Hmeimim bazasında yerləşən Rusiya qüvvələrinə Hələb rayonundakı Əl-Bab şəhəri yaxınlığına zərbələrin endirilməsi üçün “birbaşa xətlə” koordinatlar verib.

Hökumətin nəzarətində olan RIA Novosti xəbər verirdi ki, “kəşfiyyat uçuşu keçirdikdən sonra Rusiyanın iki təyyarəsi və beynəlxalq koalisiyanın iki təyyarəsi terrorçu hədəflərə zərbə endiriblər”.

Rusiya Müdafiə Nazirliyi bu xəbəri nə özünün internet saytında, nə də Facebook səhifəsində dərc etməyib, amma məlumat RT və TASS tərəfindən oxşar mətnlərlə verilib.
Lakin Pentaqon bu xəbəri dərhal təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru