Prezidentin oğlunu təhqir etdi – Televiziyadan uzaqlaşdırıldı

24-01-2017, 22:52           
Prezidentin oğlunu təhqir etdi – Televiziyadan uzaqlaşdırıldı
ABŞ-ın NBC telekanalının tanınmış “Saturday Night Live” verilişinin ssenari müəllifi Keti Riç twitter hesabında ölkə prezidenti Donald Trampın kiçik oğlu, 10 yaşlı Barron Trampa qarşı təhqiredici ifadələr işlətdiyinə görə, müvvəqəti işindən uzaqlaşdırılıb.
Trend-in “New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, K.Riç twitter hesabında qeyd edib ki, B.Tramp gələcəkdə oxuduğu məktəbdə silahlı insident törədəcək şagird ola bilər.

K.Riç twitter hesabında paylaşdığı həmin yazını sonra silib, əvəzində isə yersiz hərəkətinə görə üzrxaqlıq edib.
Qeyd edək ki, ABŞ məktəblərində və ali təhsil müəssisələrində insan ölümləri ilə nəticələnən silahlı atışmalar tez-tez baş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru