Alimlər su ilə zəngin planet tapıblar

25-01-2017, 00:19           

Almaniyanın Kil Universitetinin alimləri su ilə bol olan planet tapıblar.

teref.az Azərtac-a istinadla xəbər verir ki, planetdə su çox olduğundan mütəxəssislər kosmik cismin daxilində həyatın mövcudluğunu güman edirlər. “Daily Mail” yazır ki, tədqiqatçılar su ilə dolu planeti Yerdən 39 işıq ili uzaqlıqda aşkarlayıblar. Yerdən böyük olan və “GJ1132B” adlanan yeni planetin öz atmosfer mühiti var. Buna görə də alimlər belə nəticə çıxarıblar ki, orada su ola bilər.

Kosmik cisimdə atmosferin axtarışı planetlərin aşkarlanmasında istifadə olunan “tranzit” metodun köməyi ilə aparılıb. Bu barədə tədqiqatçılar komandasının başçısı Con Coutvort məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru