Rusiyameylli deputatlar parlament zalından qovuldu – Video

25-01-2017, 00:24           
Rusiyameylli deputatlar parlament zalından qovuldu – Video
Xorvatiya parlamentində iki deputatın toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı müzakirələrdə mübahisə düşüb.
Müzakirələr zamanı gərginlik yaradan deputatlar – İvan Pernar və İvan Sinçiç zaldan qovulub.
Deputatların səs-küy saldığını deyən parlament sədri onlardan iclas zalını tərk etməyi tələb edib.

Tələbə məhəl qoymayan deputatlar güc yolu ilə zaldan uzaqlaşdırılıb. Təhlükəsizlik xidmətininə əməkdaşları onları qapı arxasına qoyublar.


“Mən heç yerə getməyəcəm. Bu faşizmdir. Fərqli fikirli deputatları qovursuz. Sizin demokratiyanız, Avropa Birliyi siyasətiniz, insan haqlarını müdafiəniz budur?!», deyə İvan Pernar bildirib.
Qeyd edək ki, Pernar rusiyameylli və anti-NATO mövqeyi ilə tanınır.
[media=https://www.youtube.com/watch?v=sTo5rlAvaSo]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru