İsrail hökuməti Fələstin ərazilərində yeni yaşayışməskənləri salacağını təsdiqləyib

25-01-2017, 09:24           

İsrail hökuməti İordan çayının qərb sahilindəki yəhudi məskənlərinə 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.

Bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.

Baş nazir Binyamin Netanyahu da, öz növbəsində, İsrailin məskunlaşma siyasətini davam etdirəcəyini bəyan edib.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.

Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru