Tramp müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalayacaq

25-01-2017, 09:32           
Tramp müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalayacaq
ABŞ prezidenti Donald Trampın bu gün immiqrasiya və müsəlman ölkələrindən olan miqrantlara dair fərmanlar imzalayacağı gözlənilir.

APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə vəziyyətlə yaxından məlumatlı olan mənbələr bildirib. Məlumata görə, Trampın qeyd olunan fərmanları Daxili Təhlükəsizlik Nazirliyində imzalayacağı planlaşdırılır.

Ekspertlərin məlumatına görə, fərmanlarda İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan qaçqınların və vizası olan şəxslərin ABŞ-a girişinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru