Ermənistan hökuməti aprel döyüşləri ilə əlaqədar yeni rəqəmlər açıqladı - hələ də tam etiraf etmirlər

25-01-2017, 21:22           
Ermənistan hökuməti aprel döyüşləri ilə əlaqədar yeni rəqəmlər açıqladı - hələ də tam etiraf etmirlər
4 günlük aprel döyüşlərində və sonrakı günlərdə 159 erməni hərbçisi yaralanıb. Onlardan 3-ü hospitalda dünyasını dəyişib. FaktXəbər-in news.am-a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan SQ Hərbi Tibbi İdarəsinin rəisi Kamovar Xaçatryan bildirib.

Onun sözlərinə görə, ötən 10 ay ərzində hələ də 9 hərbçi xəstəxanada müalicələrini davam etdirirlər. Onlardan 2-si hospitalda, biri özəl tibbi müəssisədə, qalanları isə Qızıl Xaç Cəmiyyətinin reabilitasiya mərkəzindədir.

Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Hərbi əməliyyatlar zamanı Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

Lakin rəsmi İrəvan hələ də ölən və yaralanlar barədə dəqiq rəqəmləri gizlədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.