Daha bir Avropa ölkəsi Rusiyanın əmlakına həbs qoydu
19-06-2015, 11:46
Rusiyanın xaricdəki əmlakına həbs qoyulması prossesi davam edir.
Ölkə.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Avstriyanın Rusiyadakı səfiri ölkəsinin bu kampaniyaya qoşulduğunu və Moskvaya məxsus dövlət aktivlərinə həbs qoyulduğunu bəyan edib.
Avstriyanın Rusiyadakı səfiri Emil Briks bu haqda Rusiya XİN-i məlumatlandırıb.
Xatırladırıq ki, Avropa ölkələrinin məhkəmələri Rusiyanın əmlakına YUKOS-un şikayəti əsasında həbs qoyurlar. Xodorkovskinin rəhbərlik şirkətin səhmlərini müsadirə etdiyinə görə Rusiya hökumətindən 1,6 milyard avro kompensasiya tələb olunur.