Ərəb milyarderlərin misli görünməmiş görməmişlikləri – Fotolar

4-02-2017, 21:03           
Ərəb milyarderlərin misli görünməmiş görməmişlikləri – Fotolar

Onlar lüksdə sərhəd tanımır – qızıl əmzik, sikkələrlə örtülmüş maşın, qartalları üçün kirayələnmiş təyyarələr
Qərb mətbuatının ən çox sevdiyi mövzulardan biri də varlı ərəb şeyxlərinin, eləcə də ərəb milyarderlərinin yaşadığı lüks həyat tərzidir. Fotosessiyalar, bununla bağlı bir-birindən əcaib xəbərlər oxucuların ən çox maraq göstərdiyi mövzulardır. Necə deyərlər, varlının pulu kasıbın çənəsini yorur. Musavat.com fotoların da müşayiəti ilə bu ağlasığmaz zənginliyin verdiyi həyat tərzinin detallarını nəzərinizə çatdırır.

TƏYYARƏNİ ALIR, DİZAYN ETDİRİRLƏR – 359 MİLYONLUQ TƏYYARƏ 700 MİLYON DOLLARLIQ OLUR

Təyyarələrdə qızıldan kəmərlər, “Rolls Roys” avtoparkı, şahin ovları, at axurları və bundan daha artığı. Varlı ərəblər göy üzündə də sərhəd tanımırlar. Onlar böyük sərnişin təyyarələri alır, onları içi boş bir halda kabin içi dizaynerlərinə təslim edirlər.

Təyyarələrin VİP kabin dizaynı tamamlandığında isə təyyarənin qiyməti iki dəfə bahalaşır. Məsələn, dünyanın ən uzun təyyarəsi olan “Boeing 747-8”-in 356.9 milyon dollarlıq qiyməti dizayndan sonra 700 milyon dollara qədər artıb.

Küveyt və Səudiyyə Ərəbistanlı “Lamborghini”, “Ferrari” və “McLaren” sahibləri bir neçə həftəlik xarici səfərlərinə belə maşınları ilə birgə gedirlər. Bu zaman onlar maşınları karqo jetlərlə getdikləri ölkəyə aparırlar. Bu maşınlar Qətərin hava yolu şirkətinin təyyarəlri ilə 5,000 km yol qət edir. Bunun üçünsə sahibləri düz 24 959.828 avro daşıma məbləği ödəyirlər.

Maşınlarını helikopterlə evlərinin qabağına qədər gətizdirirlər. Çünki varlı neft zənginləri maşınlarını almağa belə getmirlər, düz qapılarına qədər gətirilmələrini tələb edirlər.

BİR GECƏSİ 1.862 DOLLAR OLAN OTELDƏ QALIRLAR

Şeyxləri dünyanın ən bahalı otelləri yerləşən Dubayda yaşayırlar. Həmin otellərdə 5 ulduzlu uşaq otağı belə var. Dünyanın ilk 7 ulduzlu oteli olan Dubayın ikonu olan “Burj Al Arab”da 24 karat iPad, cakuzi, şəxsə özəl qulluqçu xidməti də var. Bütün bunlar isə otel sakininə pulsuz verilir. Otelin bir gecəlik qiyməti nə az, nə çox, 1,862 dollardır.

Lüksdən danışıb, Dubayda uşaq əmziklərinin belə qızıldan hazırlanması faktını unutmaq olmaz.

ÇÖL YOLLARINDA AKROBATİK MAŞIN ŞOUSU – İKİ TƏKƏR ÜSTÜNDƏ...

Amma varlı ərəb gənclərin lüks marağı bununla bitmir. Onlar lüks maşınları ilə çöl yollarında akrobatik şoular göstəyməyi də sevirlər. Adətən adrenalin dolu akrobatik şoularda lüks ciplərdən istifadə olunur. Maşınların hərəkətinə açıq olan yolda gənclər akrobatik şou göstərərək, onu saniyə-saniyə sosial şəbəkədə yayımlayırlar.

Ərəb gənclər maşınlarını 2 təkər üstündə sürərkən maşında olan digər gənclər də bədənlərini şüşədən çıxarırlar. Bununla da kifayətlənməyən ərəb gənclər 2 təkər üstündə sürətlə hərəkət edən maşınların üstünə çıxır.

Varlı ərəblərdən danışıb, onların vəhşi heyvanlara olan düşkünlüyünün üzərindən keçmək olmaz. Onların vəhşi heyvanlarla çəkdirdikləri fotolar dünyada xeyli səs-küy yaradır. Onlar üçün böyük pişiklər, pələnglər, şirlər zənginliyin simvolu sayılır. Sahib olduqları böyük pişiklərlə şəkillərini İnstaqram üzərindən paylaşan bu ərəblərin təqibçi sayı isə 250 mindən də artıqdır. Üstəlik, onlar bu vəhşi heyvanları özləri ilə maşınlarında gəzdirirlər. Yəqin görmüsüz, lüks maşın, özündən razı ərəb və yanında şir balası... Qərb mətbuatı yazır ki, bu heyvanlar onlar üçün həm də bir təhlükəsizlik vasitəsidir. Potensial oğrulardan, qarətçilərdən. Bu səbəbdən də varlı ərəblərin evlərində, saraylarında da bu heyvanlar açıq saxlanır, it-pişik kimi ortalarda gəzirlər.

Milyonçu ərəblər üçün maşın bir sevdadır, onu yuxarıda yazdıq. Amma onların böyük əksəriyyəti lüks maşınlarını sikkələrlə qaplayırlar. Bu, yeni trenddir. Düşünün ki, bir “Range Rover”in bu cür “bəzədilməsi” 55 min sikkə hesabına başa gəlir.

Ərəblərin bir başqa hobbisi isə qum sörfü etməkdir. Bu səhralıq ölkədə belə bir hobbi o qədər də qeyri-adi sayılmır.

Ərəblərlə bağlı bu günlərdə yayılan bir xəbərdən biri də budur ki, varlı ərəblər sahib olduqları 80 şahinlə təyyarədə səyahət edib. Normal sərnişinlər üçün nəzərdə tutulan təyyarənin salonunda baş tutan səfər isə qəribə formada baş tutub. Belə ki, sərnişin kreslosuna yerləşdirilən quşların üzləri bağlı, qanadları isə açıq şəkildə səyahət ediblər. Bir sərnişin təyyarəsində əsla belə bir şeyə icazə verilmədiyi halda, varlı ərəblər öz təyyarələrində hər cür lüksü özlərinə rəva bilirlər.

Pul çox olanda fantaziyanın sərhədləri də aşıb-daşır. Məsələn, varlı ərəblər adrenalinlərini yüksəltmək üçün dəvə üzərində də yarışlar edirlər. Bu yarışın nəticəsində qalib gələnlərə isə maşın verirlər. Yəni, nə qədər çox həyəcan, o qədər də böyük mükafat.

Ərəblərin yemək zövqü isə çox əcaibdir. Bununla bağlı internetdə onlarla mənzərə, fotofakt var. Qurulan iri bir yemək süfrəsində, böyük bir boşqabın içində noxudlu plov yeyən ərəblər bu zaman qaşıqdan istifadə etmirlər. Ovucları ilə düyünü mədəyə ötürür, əti də əlləri ilə sümüyündən ayırırlar. Ən əcaibi isə odur ki, onlar belə ibtidai süfrələri hətta təyyarələrdə də quraşdırırlar. Ərəb vətəndaşlar varlı menyuda ətli yeməkləri tərcih edirlər. Plov, ət və şirniyyatdan ibarət menyular onların vazkeçilməzidir. Getdikləri ölkələrdən asılı olmayaraq, hər yerdə öz yemək zövqlərini diqtə edirlər. musavat.com//

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.