MƏDƏSİNDƏN ÇIXANLAR dünyanı ayağa qaldırdı - FOTO/VİDEO

4-02-2017, 23:32           

Norveçdə quruya çıxan balinanın mədəsindən 30 ədəd plastik torba çıxıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Norveçin Bergen şəhərinin yaxınlığında yerləşən Sotra adasında baş verib.
Mütəxəssislər hesab edirlər ki, balina bağırsaqlarındaki ağrı səbəbi ilə quruya çıxıb. Xilasedici qruplar balinanı bir neçə dəfə dənizə istiqamətləndirməyə çalışsa da, heyvan hər dəfə yenidən quruya çıxıb.
Ətraf mühitin qorunması üzrə ixtisaslaşan təşkilatlar dənizlərə atılan plastik əşyaların getdikcə artdığını, onlardan istifadənin qadağan edilməsini istəyiblər.
Norveçin iqlim və ətraf mühit naziri Vidar Helgesen bildirib ki, balinanın mədəsindən çıxanlar acınacaqlı vəziyyəti açıq şəkildə ortaya qoyur. Nazir dünyada okean sularına plastik tullantıların ən çox Çin və İndoneziya tərəfindən atıldığını deyib.
Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, dünya okeanının sularına hər il səkkiz milyon ton plastik tullantılar qarışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru