Erməni jurnalist cəbhədəki itkilərini bu cür sübut etdi - VİDEO

10-02-2017, 15:44           
Erməni jurnalist cəbhədəki itkilərini bu cür sübut etdi - VİDEO
Ötən gün Ermənistan Müdafiə Nazirliyinin təmas xəttində baş verən döyüşlərdə yalnız bir hərbçinin öldürülməsi və birinin yaralı olması barədə verdiyi xəbərlər yalan çıxıb.

Hafta.az-ın hayeli.am-a istinadən verdiyi xəbərə görə, düşmən tərəfində itkilərin çox olmasını jurnalist Qaqik Şamşyanın əsgərlərdən birinin dəfn mərasimində paylaşdığı video ilə ortaya çıxarıb.

Ötən gün ermənilərin yaydığı rəsmi məlumatda fevralın 8-də saat 11:00 radələrində təmas xəttinin şimal istiqamətində 1979-cu ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbçi Geqam Manukyan öldürüldüyü deyilirdi. Bundan əlavə, saat 12:00 radələrində təmas xəttinin Ağdərə istiqamətində həqiqi hərbi xidmət keçən əsgər Koryun Kirakosyanın ağır yaralandığı bildirilirdi.

Lakin bu gün sözgedən separatçı rejim rəhbərliyi və yüksək rütbəli hərbçilər 19 yaşlı Gor Qareqinyanın dəfn mərasimində iştirak edib. Məlumatda bildirib ki, 19 yaşlı Gor fevralın 8-də təmas xəttində baş verən qarşıdurma zamanı öldürülüb.
[media=https://www.youtube.com/watch?v=TsleWb5ZmMk]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru