Prezidentlərin görüşündə qəza: Çılçıraq qırıldı

11-02-2017, 00:23           
Prezidentlərin görüşündə qəza: Çılçıraq qırıldı
4 ölkə prezidentinin görüşündə gözlənilməz hadisə baş verib.

Latviya prezidenti Raymonds Veyonis öz fəxri qonaqlarını Almaniya, Litva və Estoniya prezidentlərini qarşılayarkən otaqdakı çılçıraq gözlənilmədən düşüb.

Prezident İqamətgahında ötən il aparılan təmir işlərindən sonra bu hadisə gözlənilməz olub və təmirin keyfiyyəti barədə fikirləri gündəmə gətirib.

Riqa qəsrində baş vərən hadisədə xəsarət alan olmayıb, ancaq qonaqlarını qəbul edən prezident bu hadisədən çox kədərlənib. Müvafiq qurumlar qırılan çılçırağın tarixi dəyərinin olmadığına dair açıqlama verib. Çünki tarixi Riqa qəsrində asılan çılçıraq qədim çılçırağın yaxşı hazırlanmış bənzəri olub.

AFN.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru