Rusiya hərbi xərclərinə görə Səudiyyə Ərəbistanı qabaqladı - SIRPI
24-04-2017, 11:57

2016-cı ilin nəticələrinə görə, Rusiya silahlandırma xərclərinə görə üçüncü yerə qalxıb. Bununla da Səudiyyə Ərəbistanı ilk üçlükdən çıxarıb. FaktXeber.com-un RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə Stolkhom Dünya Problemlərinin Beynəlxalq Araşdırmalar İnstitutu (SIPRI) hesabat yayıb. ABŞ və Çin öz liderlik mövqelərini saxlayıblar. Avroapa ikinci ildir ki, hərbi xərclərin artımını nümayiş edir.
2016-cı ildə hərbi xərclərin ümumi həcmi 2015-ci illə müqayisədə 0,4 faiz artıb.
Siyahıda ilk yerdə ABŞ durur: 2016-cı ildə ölkənin hərbi xərcləri 1,7 faiz artaraq, 611 milyard dollara çatıb.
İkinci yerdə 5,4 faiz artımla (2015 milyard dollar) Çin gəlir.
Üçüncü yerdə isə Səudiyyə Ərəbistanı sıxışdıraraq dördüncü yerə salan Rusiya gəlir. Rusiya büdcəsi hərbi xərclər üçün 69,2 milyard dollar xərcləyib ki, bu da 2015-ci illə müqayisədə 5,9 faiz artım deməkdir.
Səudiyyə Ərəbistanın hərbçi xərcləri isə birdən birə 30 faiz (25,8 milyard dollar) düşərək 63,7 milyard dollar olub.
Beşinci yerdə 8,5 faiz artımla hərbi xərcləri 55,9 milyard dollara çatan Hindistan gəlir.
Avropa ölkələri hərbi xərclərin ikinci ildir ki, artırıblar. İl ərzində 11 faiz xərclə İtaliya rekordsmen olub. Hesabatda bildirilir ki, Avropa ölkələri öz hərbi xərclərini Rusiya təhlükəsi ilə əlaqədar artırıblar.
Silahlandırma üçün hərbi xərclərin azaldılması xüsusən neftdən asılı ölkələrdə görünüb. Araşdırmaçsılar bunu dünyada neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndiriblər.