Britaniya kraliçası illüminantların planını açıqladı! - III Dünya savaşı başlayır?

25-04-2017, 21:49           
Britaniya kraliçası illüminantların planını açıqladı! - III Dünya savaşı başlayır?
“Bizə qoşulun – yoxsa öləcəksiniz!..”
“2017-ci il xüsusi ildir. Bu il tarixə Üçüncü Dünya Savaşının başlanğıcı kimi daxil olacaq...”

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri qapalı bir şənlikdə Britaniya kraliçası Yelizaveta söyləyib. Məlum olub ki, britaniyalılar kraliçanın doğum gününü rəsmən iyunda qeyd etsələr də, onun əsl ad günü aprelin 22-i – Leninlə bir gündədir. Həmin günü kraliça yalnız ən yaxınları və bir neçə seçilmiş qonaqla birgə qeyd edir. Məlumatları həmin tədbirdə xidmətçi kimi iştirak edən Vindzor qalasının əməkdaşı –medianın gizli insayderinin çatdırdığı iddia edilir.

Kraliçanın sözlərinə görə, müharibə illüminantlara planet üzrə qurduqları rəzil baş planlarının növbəti -sonuncu mərhələsinə keçirilməsi üçün vacibdir. Britaniya taxtının sahibi bunu məkrli təbəssümlə söyləyib. Kraliça Yelizaveta əlavə edib: “Yeni dan yerini qarşılamağa hazırlaşmaq lazımdır. Ancaq qaranlıq vaxt, dünyanın bu günədək görmədiyi ən qaranlıq gecə gəlməyincə sübh açılmayacaq”. Kraliça “yeni sübh” dedikdə Yeni Dünya Düzənini nəzərdə tutub. O, qarşısındakı deserti çəngəllə qurdalayaraq bu Düzəni belə izah edib:”Bu elə bir vaxt olacaq ki, biz sosial və texniki baxımdan o dərəcədə inkişaf edəcəyik ki, hamımız vahid xalq kimi bir hökumətin idarəçiliyi altında yaşayacağıq”. Təbii ki, söhbət transmilli güclərin qurmağı planlaşdırdığı Vahid Dünya Dövlətindən gedir. İnsayder bildirib ki, kraliça Dünya savaşından çox həvəslə, ruh yüksəkliyi ilə danışıb:

“2017-ci ilin sonunadək dünya tanınmaz olacaq. Çünki illüminantlar güc toplayıblar. Yaxın Şərqdəki savaşlar uzun müddət Üçüncü Dünya müharibəsinin başlanmasına təkan vermək üçün əlverişli metod kimi istifadə olunub. Nəticədə bu gün Rusiya, Çin və ABŞ birbaşa silahlı qarşıdurma vəziyyətinə yaxınlaşıblar. Yalnız həmin toqquşma baş tutduqdan sonra illüminantaların qlobal dünya hökmranlığının bərqərar olmasının son mərhələsi qüvvəyə minəcək...”

Qeyd olunur ki, bu, Yelizavetanın öz qonaqlarını qorxunc öncəgörmələrlə şoka saldığı ilk hal deyil. 2016-cı ilin aprelindəki ad günü tədbirində Britaniya taxtının sahibi bildirmişdi ki, bu il dünya məşhurları üçün “annus horribilus”(lat. “dəhşətli il”) olacaq. Tanınmışlar arasında ölüm sayları artacaq. Onlardan 4-ü mütləq öləcək. Çünki illüminantların təlimini rədd ediblər. Və onların ölümü digərləri üçün xəbərdarlıq olacaq- bizə qoşulun –yoxsa öləcəksiz!”

İnsayderin sözlərinə görə, Yeni Dünya Düzəninin final mərhələsindəki “gözəlliyini” izah edərkən kraliça özü heyrətdən donub(The Queen "swooned”). “Onun nitqi isə ara-sıra kraliçanın bəyanatlarlndan coşmuş qonaqların təqdiredici qışqırışları ilə kəsilirdi....Ancaq məkanın qalan hissəsində sakitlik hökm sürürdü. Yalnız bayırdan Kral Süravi Artilleriyası bölmələrinin döşəmə küçəyə dəyən nallarının səsi gəlirdi. Tezliklə onlar 41 topdan atəş açaraq Vindzor qalasındakı ölüm sakitliyini nəzərə çarpdırdılar...”

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.