Plastik yeyən həşəratlar aşkar edilib

25-04-2017, 22:40           

Böyük Britaniya və İspaniyadan olan alimlər plastiki dağıda bilən böyük güvə tırtılları (həşərat) aşkar ediblər.

AFN xəbər verir ki, sözügedən kəşf barədə Gizmodo nəşri məlumat yayıb.
Həşəratların bu xüsusiyyəti təsadüfən aşkar edilib. Tədqiqat müəlliflərindən biri, Federika Bertokkini görüb ki, tırtılları yerləşdirdiyi plastik paketdə bir saat ərzində dəliklər açılıb. Sonra o, həmkarları ilə birlikdə eksperiment aparıb, 100-ə yaxın tırtılı polietilendən olan torbaya yerləşdirib. 40 dəqiqə sonra torbada dəliklər peyda olmağa başlayıb, 12 saat sonra isə sürfələr 92 milliqram plastiki həzm-rabedən keçiriblər.
Alimlərin sözlərinə görə tırtılların polietileni yeməsi prosesi, oxşar bakteriyaların bunun öhdəsindən gəlməsindən daha sürətli baş verir.
Tədqiqatçılar sürfələri xırdalayaraq, əldə edilən kütləni plastikə büküblər. Bu paketlər də eyni yolla bölünməyə başlayıb. Bu da onu göstərir ki, həşəratların bağırsaqlarında polietilendən olan materialların tənəzzülünə cavabdehlik daşıyan maddələr var. Alimlər bu birləşmələri identifikasiya etməyi və plastikdən olan tullantılarla mübarizədə istifadə üçün kütləvi istehsalına başlamağı planlaşdırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.