Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib

26-04-2017, 08:41           
Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib
Amerikanın "Mahan" esminesi Fars körfəzi ilə hərəkət zamanı İran kateri ilə toqquşmadan yayınmaq üçün yolunu dəyişmək məcburiyyətində qalıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Fox News" məlumat yayıb.
Telekanal qeyd edir ki, esmines İran İnqilabı Keşikçiləri Korpusunun kateri ilə rastlaşıb. Esmines toqquşmadan qaçmaq üçün yolunu dəyişib və xəbərdarlıq raketləri atmaqla təhlükə siqnalı verib.
Bundan əlavə, esminesin heyət üzvləri döyüş mövqeyi tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru