Kim Çen In geniş miqyaslı artilleriya təlimlərinə şəxsən rəhbərlik edib
26-04-2017, 08:42
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Vonsan limanı ərazisində keçirilən geniş miqyaslı artilleriya təlimlərinə şəxsən rəhbərlik edib. "Report" xəbər verir ki, bu barədə "Renxap" məlumat yayıb. Qeyd olunur ki, təlimlər ordunun yaranmasının 85-ci ildönümünə həsr olunub. Təlimlərdə sualtı gəmilər və 300-dən çox özüyeriyən artilleriya qurğuları iştirak edib.