Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər

26-04-2017, 13:21           
Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər
Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidməti 23 apreldən üç gün ərzində ölkədə Azərbaycanda istehsal olunan almalarının satılması ilə bağlı KİV-ində yayılmış məlumatın yoxlanması üçün bazarda genişmiqyaslı yoxlamalar keçirib.

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, Dövlət Xidməti Yerevanda, Malatiya-Sebastiya inzibati dairəsində meyvə-tərəvəzlərin satıldığı kənd təsərrüfatı yarmarkalarında, Leninqradyan və Asratyan küçələrində meyvə-tərəvəz satış məntəqələrində və Xorenasi küçəsində yerləşən “1№-li erməni bazarında” yoxlamalar aparılıb. İnspektorlara bu məhsulları taparaq təcili məhv etmək tapşırılıb.

Lakin Dövlət Xidməti yoxlamalar aparılan ərazilərdə Azərbaycan istehsalı olan hər hansı məhsul, o cümlədən almaya rast gəlinmədiyi ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, erməni KİV-i Yerevan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı ilə bağlı məlumat yaymışdı. Hətta bəzi erməni məmurları əhaliyə "təhlükəsizlik məsələlərinə" görə Azərbaycan almalarını almamaq çağırışı etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru