Gənc lider gerilədi: millətçi Le Penin səsi artır

26-04-2017, 22:11           

Fransa prezidentliyinə namizəd ultrasağçı Marin Le Penin reytinqti son 1 sutka ərzində 1% artıb.

Axar.az xəbər verir ki, bu nəticə “OpinionVey” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, ikinci turda Le Penə seçicilərin 40%-i, onun rəqibi Emmanuel Makrona isə 60%-i səs verəcək.

Qeyd edək ki, bazar günü Fransada keçirilən prezident seçkisinin ilk turunda qələbəni 24,01% səslə (ən son rəsmi açıqlamaya görə) İrəli Hərəkatının lideri Emmanuel Makron qazanıb. Ondan sonrakı yeri 21,3% səslə Marin Le Pen tutub. Hər iki lider ikinci turda prezident olmaq uğrunda mübarizə aparacaqlar.

Seçkidən dərhal sonra 7 mayda keçirilən ikinci turda, sosial sorğulara əsasən, Le Penin 36, 39 yaşlı gənc lider Makronun isə 66 faiz səs toplayacağı bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru