Rusiyanın Kalininqrad şəhərində “İslam cihadı-mücahidlər camaatı” terror qruplaşmasının 12 silahlısı saxlanılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir.
Məlumata əsasən, saxlanılanlar arasında terrorçu qruplaşmanın yerli özəyinin başçısı da var. Adı açıqlanmayan şəxsin ekstremist fəaliyyətinə görə Özbəkistan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu bildirilir. Kalininqradda onun təşkilata yeni üzvlər cəlb etdiyi üzə çıxıb. Tutulan terrorçu hazırda özünün və qohumlarının beynəlxalq terror təşkilatlarında fəaliyyəti ilə bağlı ifadə verir.
Müvafiq istintaq hərəkətlərindən sonra tutulan şəxslərin Özbəkistana deportasiya ediləcəyi vurğulanır.