Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29-04-2017, 11:02           
Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib
Liviya Hərbi Dəniz Qüvvələri (HDQ) Şimali Afrikadan neft qaçaqmalçılığında şübhəli bilinən iki tankeri ələ keçiriblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, ələ keçirilən tankerlərdən biri — “Ruta” gəmisi Ukrayna bayrağı altında üzüb. “Stark” adlı digər gəmi hazırda adı məlum olmayan Afrika ölkəsinə məxsusdur.
HDQ nümayəndəsi Ayuba Kasema qeyd edib ki, gəmilər ələ keçirilməzdən öncə bir neçə saat atışma olub.
“Toqquşma 3 saat davam etdi, lakin hər iki tanker uğurla ələ keçirildi”, — deyə o əlavə edib.
Hadisə Liviyanın paytaxtı Tripoli sahillərində, Sidi Səid rayonu ərazisində baş verib.
Ölən və yaralananlar, heyət üzvlərinin gələcək taleyi barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.