Dağlar arxasındakı qorxunc ölüm düşərgəsi: Təcavüz, işgəncə, aclıq- Hər şey var - FOTOLAR

3-05-2017, 15:52           

Dünyanı nüvə silahı ilə təhdid edən Şimali Koreya lideri Kim Çen Inın qorxunc ölüm düşərgəsinin görüntüləri yayılıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, düşərgə barədə bir zamanlar həmin məkanda mühafizə xidmətində işləyən Lim Hye-Jin açıqlayıb.

“Daily Mail” qəzetinə açıqlamasında o bildirib ki, ölkədəki dağların arxasında yerləşən bu düşərgələrdə minlərə insan saxlanıır: “İki qardaşım bu düşərgədə minlərlə insanın gözü önündə ödürüldü. Burda saxlanan insanlar işgəncəyə məruz qalır. Vəhşi üsullarla öldürülür, təczvüz olunur, ac saxlanır”.

O zamanlar 20 yaşında olan Lim Hye-Jim özünün də günlərə ac qaldığını bildirərək "Qaçmaq istəyənlər dərhal öldürülürdü" deyib. Bir xatirəsini də oxucularla bölüşüb: "Bir gün bir qadın qaçmağa cəhd etdi. Onu zorladıqdan sonra od vurub yandırdılar".

Düşərgələrdə 200 min insanın saxlandığını deyən müsahib "Ora insanları guya işçi qüvvəsi kimi toplayırlar. Ancaq ordan heç kəs sağ çıxmır. İşgəncəyə dözmək mümkün deyil. Orda işlədiyim müddətdə qorxunc şeylərə şahid oldum" deyə vurğulayıb.

Düşərgədə uşaqların da saxlandığını deyən qadın mühafiz onların da günlərlə ac-susuz saxlandığını deyib.




























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru