Dünyanın ən bahalı evləri burdadır: Oliqarxların seçdiyi məkan

3-05-2017, 15:57           

Dünyada daşınmaz əmlakın ən baha olduğu ölkənin adı açıqlanıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, bura Monako krallığıdır. 2016-cı ildə burda təkrar bazarda satılan evlərin qiyməti rekortd həddə, hər kvadratmetr üçün 41,4 min dollar olub. Son 10 ildə burda daşınmaz əmlakın qiyməti 180 faiz artıb.

Savills mərkəzinin məlumatına görə, bu, iqtisadiyyatı inkişaf edən regionlar üçün nadir hadisədir.

Monako "göydələnlərində" mənzillərin qiyməti 13,7 milyon avrodur. Təkrar bazarda isə qiymət 3 dəfə ucuzdur. Dünyanın ən müxtəlif ölkələrinin iş, sənət, biznes dünyasının tanınmış şəxsləri, oliqarxlar burda daşınmaz əmlaka pul yarıtmaqda maraqlıdır.

2016-cı ildə krallıqda 553 daşınmaz obyekt satılıb ki, onların ancaq 33-ü təkrar satış deyil. Ümumilikdə alıcılar 2,7 milyard avroluq əmlak alıb.

Bahalı əmlakın olduğu bölgələr siyahısında Honq-Konq (hər kvadratmetr üçün 39,1 min dollar), Tokio (29,2 mina vro), London (17,7 min avro) və Nyu-York (16,7 min avro) şəhərinin adı var.

2016-cı ildə Monakoda ən yüksək bina olan Odeon qülləsində penthaus satışa qoyulmuşdu və 335 milyon dollar qiymətəndirilmişdi. Bu, daşınmaz əmlak bazarında rekord qiymət hesab edilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru