İspaniyanın paytaxtı Madrid yaxınlığında yerləşən kimya zavodunda baş vermiş partlayış nəticəsində azı 30 nəfər yaralanıb.
İstiPress-in "gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib ki, xəsarət alanlardan üç nəfərin vəziyyəti ağırdır. Qalanlarının isə xəsarətləri yüngüldür.
Məlumata görə, insident paytaxtın Arqanda del Rey rayonunda yerləşən kimyəvi tullantıların emalı zavodunda baş verib. Madrid Fövqaladə xidmətinin məlumatına görə, zavodda bir neçə partlayış baş verib. Hazırda partlayışın səbəbləri araşdırılır.
Zavodun yaxınlığında yerləşən məktəb və digər obyektlərdən insanlar təxliyə edilib.