ABŞ və Cənubi Koreya Kim Çen Inı öldürmək istəyir! – KXDR

6-05-2017, 09:39           
ABŞ və Cənubi Koreya Kim Çen Inı öldürmək istəyir! – KXDR
Koreya Xalq Demokratik Respublikasında (KXDR) hesab edirlər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreya (CK) Kim Çen Inı öldürmək istəyir. İndi Şimali Koreyada «döyüşçü»ləri tapmaq üçün antiterror əməliyyatı keçirməyə hazırlaşırlar.

KXDR Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) əmindir ki, döyüşçülər qrupu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Cənubi Koreya kəşfiyyatının dəstəyi ilə Kim Çen Inı öldürmək üçün ölkə ərazisinə daxil olub. İdarədə şübhələnirlər ki, qəsd biokimyəvi maddənin köməyi ilə həyata keçirilə bilər («Yonhap»).

Pxenyanda onu da əlavə ediblər ki, ölkədə antiterror əməliyyatı keçirəcəklər və bu çərçivədə KXDR rəhbərliyinə təcavüz hazırlayanların hamısını taparaq, amansızcasına məhv edəcəklər.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru