Eynşteynin nikah müqaviləsi: Arvadına şərtləri

7-05-2017, 09:14           

Tanınmış vəkil Aqil Layıc Albert Eynşteyinin nikah müqaviləsinin şərtləri paylaşıb.

Axar.az xəbər verir ki, 1914-cü ilə aid nikah müqaviləsini A.Layıc “tam bir eqo ilə dolu” olaraq dəyərləndirib.

Maraqlı olduğunu nəzərə alaraq, müqavilənin mətnini təqdim edirik:

A. Aşağıdakılara cavabdeh olacaqsan:

1. Paltarlarımın səliqəli olmasına;

2. Gündə 3 dəfə yeməyimi müntəzəm olaraq yeməyimə;

3. Yataq və iş otağımın düzənli olaraq səliqəli olmasına, xüsusilə iş masamdan məndən başqasının istifadə etməyəcəyinə;

B. İctimai səbəblər labüd şəkildə tələb etmədiyi təqdirdə, mənimlə bütün şəxsi münasibətini kəsəcəksən. Xüsusilə, aşağıdakıları tələb etməyəcəksən:

1. Evdə səninlə birlikdə oturmağımı;

2. Səninlə bayıra və səyahətə çıxmağımı;

C. Mənimlə əlaqələrində aşağıdakılara diqqət edəcəksən:

1. Məndən fiziki yaxınlıq gözləməyəcək, məni heç bir şəkildə məzəmmət etməyəcəksən;

2. İstədiyim anda mənimlə danışmağı dayandıracaqsan;

3. İstədiyim anda iş və yataq otağımdan çıxacaqsan;

D. Məni uşaqlarımızın önündə sözlərin və hərəkətlərinlə alçaltmayacaqsan.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru