“Qazprom” “Türk axını”nın inşasına başlayıb

7-05-2017, 23:10           
“Qazprom” “Türk axını”nın inşasına başlayıb
Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başlayıb.

"APA"nın xəbərinə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

“Layihə plan üzrə həyata keçirilir. 2019-cu ilin sonunda türkiyəli və avropalı istehlakçılarımız Rusiya qazının idxalı üçün etibarlı marşrut əldə edəcəklər”, deyə şirkət rəhbəri Aleksey Miller bildirib.

Layihə Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru