Fransalı jurnalistlər Marin Le Penin bu axşam keçiriləcək bayram mərasimini boykot edib

7-05-2017, 23:13           
Fransalı jurnalistlər Marin Le Penin bu axşam keçiriləcək bayram mərasimini boykot edib
Fransalı jurnalistlər Milli Cəbhənin lideri, prezident seçkilərinin II turuna namizəd Marin Le Penin bu axşam keçiriləcək bayram mərasimini boykot edib.
"Report"un Fransa bürosu xəbər verir ki, Milli Cəbhənin lideri, Marin Le Penin bu axşam Fransada prezident seçkiləri bitdikdən sonra keçiriləcək bayram mərasiminə bir sıra fransız və xarici jurnalistlər «yerlərin məhdud olması» səbəbindən mərasimə akkreditasiya oluna bilməyiblər.
Bunu «azadlığa əngəl» və demokratiyaya tamamilə zidd hərəkət adlandıran media nümayəndələri Twitter vasitəsilə öz həmkarlarına müraciət edərək bayram mərasimini boykot etməyə dəvət ediblər.
Həmrəylik hərəkatına qoşulanlar arasında Fransanın çox oxunulan «Libération» qəzeti, "TMC" kanalı ilə yayımlanan «Quotidien» verilişinin tanınmış aparıcısı və digər jurnalistlər var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru