ABŞ-a zərbə: Ən yaxın müttəfiqi ruslardan “İsgəndər” alır

7-05-2017, 23:25           

Səudiyyə Ərəbistanı rus silahına, xüsusilə “İsgəndər” raket komplekslərinə maraq göstərir.

Axar.az xəbər verir ki, bunu amerikalı jurnalist Cef Deniels CNBS üçün yazdığı məqaləsində bildirib.

Müəllifin sözlərinə görə, bu maraq İran tərəfindən təhlükənin artmasından sonra yaranıb və artıq ABŞ İsrail və Konqresin bəzi üzvlərinin müqaviməti üzündən müəyyən silahları Səudiyyəyə verə bilmir.

“Ötən həftə rus KİV-i məlumat yaymışdı ki, Rusiya müdafiə naziri Səudiyyə Ərəbistanının yüksək çinli hərbi nümayəndəsi ilə görüşüb. Rusiya Müdafiə Nazirliyindən görüşün nəticələri ilə bağlı verilən məlumatda qeyd olunurdu ki, Səudiyyə Ərəbistanı müasir rus silahlarının alınmasında maraqlıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru