Marin Le Pen Emmanuel Makronu prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib

8-05-2017, 00:18           
Marin Le Pen Emmanuel Makronu prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib
Fransada "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen rəqibi, "İrəli" hərəkatının qurucusu Emmanuel Makronu prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, Marin Le Pen həmçinin seçkilərdə ona səs vermiş seçicilərə də təşəkkürünü bildirib.
Le Penin sözlərinə görə, "Milli Cəbhə" parlament seçkilərində yenilənməli və yeni siyasi qüvvəyə çevrilməlidir.
Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru