ABŞ İŞİD-in Əfqanıstandakı liderinin məhv edildiyini təsdiqləyib

8-05-2017, 08:45           
ABŞ İŞİD-in Əfqanıstandakı liderinin məhv edildiyini təsdiqləyib
Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstandakı lideri Abdul Xasib məhv edilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ ordusunun Əfqanıstandakı komandanı, general Con Nikolson bəyan edib.

“Bu uğurlu əməliyyat İŞİD-in məhvi yolunda növbəti addımdır”, deyə C.Nikolson qeyd edib.

Bundan əvvəl İŞİD liderinin məhv edildiyini Əfqanıstan prezidenti Əşrəf Qəni bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru