Bundesverin hərbi hissələrində nasist atributları! - Kazarmalar yoxlanacaq…

8-05-2017, 09:10           
Bundesverin hərbi hissələrində nasist atributları! - Kazarmalar yoxlanacaq…
Xarici KİV-lərin verdiyi xəbərə görə, bundesverin 2 hərbi hissəsində nasist atributları aşkarlanandan sonra, müdafiə nazirliyi bütün kazarmaları yoxlamaq qərarına gəlib. Xəbəri «BBC» yayıb.

Bu olay alman ordusunda qatı sağçı ekstremizmin təzahürləri sırasından ilk qalmaqal deyil. Belə ki, aprelin sonunda bundesverin leytenantı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs olunub.

Almaniyanın müdafiə naziri ABŞ-a planlaşdırılmış səfərini təxirə salıb və Fransanın İlkirş bölgəsinə – həbs olunmuş leytenantın xidmət keçdiyi hissəyə gedib. Məlum olub ki, bu hərbi hissədə vermaxt dövrünə aid xatirə əşyaları ümumi otaqda açıq şəkildə saxlanır.

Almaniyanın cənub-qərbində yerləşən digər kazarmada isə nasist dövrünün baxışa çıxarılmış «kaska»ları aşkarlanıb.
Müdafiə nazirliyində bəyan ediblər ki, son olaylar artıq təsadüf çərçivəsindən kənara çıxıb.azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru