ABŞ qırıcısını suyun altından çıxartdılar - Qara dənizdə

8-05-2017, 09:15           
ABŞ qırıcısını suyun altından çıxartdılar - Qara dənizdə
Rusiya KİV-ləri xəbər verir ki, Kerç boğazının dibindən Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüyvvələrinin (HHQ) İkinci dünya müharibəsindən qalmış qırıcı təyyarəsi çıxardılıb. Xəbəri «Krımskiy most» informasiya mərkəzi yayıb.

Təyyarənin sudan çıxarılmasına boğaz üzərindən körpü inşa edən inşaatçılar kömək ediblər. «Krımskiy most» bu unikal əməliyyatı dərc edib.

Tarixçilər ehtimal edirlər ki, P-40 «Kittyhawk» tipli təyyarə zenit atəşi ilə vurulub. İstisna deyil ki, pilot təyyarəni suya endirə bilib və özü də xilas olub.

Təyyarə yaxşı qalıb – 6 ədəd 12,7 kalibrli «Brauninq» pulemyotu, pilot üçün kreslosu və mühərriki salamatdır. Mühərrik üzərindəki yazılar oxunur. Məhz bu məlumatların əsasında pilotun taleyi araşdırılacaq.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.