Müharibə təhlükəsi: 8 milyard dollar ayrıldı

8-05-2017, 10:12           
Müharibə təhlükəsi: 8 milyard dollar ayrıldı
Pentaqon ABŞ-ın Sakit Okean regionunda mövcudluğu üçün 8 milyard dollar ayrılmasını nəzərdə tutan sənədi təsdiqləyib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, plan silahlı qüvvələrin modernizasiyasını, əlavə təlimlər keçirilməsini və yeni gəmilərin alınmasını nəzərdə tutur.

Sənəd əvvəlcə senator Con Makkeyn tərəfindən təqdim edilib. Konqresin digər üzvləri tərəfindən də dəstəklənən sənəd müdafiə naziri Ceyms Mettis tərəfindən də dəstək alıb.

Qeyd edək ki, ABŞ Şimali Koreyanı bölgədə böyük təhlükə hesab edir. Bu ökənin nüvə raketlərini sınaqdan keçirməsi isə münasibələri tamamilə gərginləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru