Karasin: "Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir"

27-05-2017, 08:59           
Karasin: "Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir"
"Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.

"Rusiya və Azərbaycan bütün beynəlxalq arenalarda, BMT, MDB , Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, Xəzər beşliyi və digər təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Əlbəttə ki, bu ilin yazında dostumuz Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyi vəzifəsinə namizədliyi uğrunda seçki kampaniyasına Rusiyanın tam dəstəyi ilə başlanıldı. Biz, Polad Bülbüloğluna səmimi qəlbdən uğurlar arzu edirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru