Moskvada terror hazırlayan 4 nəfər həbs edildi

27-05-2017, 09:38           
Moskvada terror hazırlayan 4 nəfər həbs edildi
Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs məhkəmənin qərarı ilə həbs edilib.

teref.az-nun APA-ya istinadən məlumatına görə, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti məhkəməyə müraciət edərək mayın 25-də saxlanılan Məhəmmədyusif Aşurov, Furkat Kuşayev, Abduşükür Gülmirzəyev və Maqomed Davudova həbsini tələb edib.

Bu gün məhkəmə qərarı ilə onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya və Mərkəzi Asiya vətəndaşları ibarət terror qruplaşmasının üzvləri Moskvanın nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətməyi planlaşdırıb. Bildirilir ki, onlara İŞİD-lə əlaqəli suriyalılar rəhbərlik edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.