Mühasirədəki Qətər, ailəsinin düşməninin gəlini olan birinci ledi: FOTOLAR

11-06-2017, 19:27           

Bir tərəfdən şkafında 4 min “Christian Louboutin”i olduğunu qürurla söyləyən, Londonda üç binanı birləşdirərək "saray etmək layihəsinə razılıq verilmədiyi üçün üsyan edən Mariya Antoinette, digər tərəfdən ərilə birlikdə Qətəri islahatlarla təqdim edən cəsur ürək bir Janna d`Ark.

PRESSDAY.az xəbər verir ki, Qətər əmirinin moda ikonası adlandırılan həyat yoldaşı Şeyha Mozah yenidən dünya gündəminin zirvəsindədir.

Qətərin bu günlərdə adının "böhran, "mühsirə” kimi sözlərlə yanaşı dayandığına baxmayın. Çox yox, üç il əvvələ qədər bu qadın haqqında bu sözlər yazılırdı: "Yalnız ölkəsinin deyil, dünyanın birinci xanımı ola bilər”.

“Wikileaks”də yazılanlar: "Qətərlilərin gözündə, həyatlarını yaxşılığa doğru dəyişən bir film ulduzudur".

“Vanity Fair”dən: "Hiçkok filminin ulduzu ola biləcək səviyyədə zəriflik, nəcib bir sərvətlə birləşmişdir".

Qətər əmiri Şeyx Teminin anası Şeyha Mozah Bint Nasirdən danışırıq. Dəbli zövqü ilə Mariya Antoinette, döyüşçü ruhu ilə Janna d`Arkı xatırladan yeddi uşaq anası, 57 yaşlı Emirenin yüksəlişini xatırladaq.

Düşməninin gəlini olub

Hekayəsi, ilk baxışda Kate Middletonınkinə bənzəyir: Xalqdan bir qız, 18 yaşında universitetdə sosiologiya oxuyarkən, ölkəsinin şahzadə, Şeyx Həmid Bin Xəlifə Əl Tani ilə tanış olur, aşıq olur və evlənir.

Buraya qədər, çöl mənzərəli pəri nağıldır. Ancaq bu hekayədə Şekspirsayağı detallar da var. Ailəsinin əsas düşməni, həyat yoldaşının atası olması kimi. Mozahın atası, rejimə müxalif Nasir Əl Misnad, əmir əleyhinə çıxışları üzündən həbsə atılıb və sonra sürgünə göndərilib. Mozah atasını 1977-ci ildəki toyuna qədər görməyib.

Bəlkə də ailəsinə edilənlərə reaksiya olaraq, bəlkə də təsadüfən ölkəsində güc mərkəzlərinin dəyişməsini təmin edbi. Həyat yoldaşı Bin Xəlifə Əl Tani 1995-ci ildə atasını qansız çevrilişlə devirib, hakimiyyətə keçib. Beləliklə, Şeyha Mozah, atasının islahat xəyallarını gerçəkləşdirib. Və dünyanın ən güclü qadınlarından biri olmasının yolu açılıb. Qətərin və əmirliyin beynəlxalq arenadakı yüksəlişi, bax, belə sinxron olaraq başlayıb.

Ən yaxşı geyinənlər siyahısında

Əl Thaninin ölkəsi üçün böyük xəyalları vardı; Ölkədəki mənbələr sayəsində dünya böyüklərinin arasında yer almaq. Və siyasi səbəblərlə evləndiyi iki arvadı olmasına baxmayaraq, yol yoldaşı olaraq aşıq olduğu Şeyha Mozahı seçib.

Ağ Evdə, Dovning küçəsində və Yelisey sarayında yanında o vardı. Mühafizəkar tərzi özünə görə şərh etdiyi, məşhur dizaynerlərin əlindən çıxma rəngli geyimləri Mozahı qısa müddətdə diqqət mərkəzinə gətirdi. Görüşlərdə Fransanın keçmiş birinci xanımı Karla Bruninin Şeyhanın yanında titrədiyi də söylənib, Kate Middletonu kölgədə qoyduğu da yazılıb. “Vanity Fair” onu üç dəfə "Ən yaxşı giyinənlər” siyahısına qaldırıb.

2003-cü ildə Qətərin demokratikləşmə yolundakı addımlarını ərilə anlatdığı CBS kanalında yayımlanan "60 Dəqiqə” proqramında “Huffington Post” mövzu ilə bağlı mülahizələrini bölüşüb: "Əmirin yanındakı, işıq saçan müqəddəs varlıq, ilk görüşdə təsiri altına aldı. Şeyha Mozah, bu qarışıq zamanlarda yalnız ölkəsinin deyil, dünyanın birinci xanımı olduğunu sübut edir".

Pulumuzu hara xərcləyəcəyimizi bilirik

Burada Şeyhanın yeddi uşağından biri olan qızı Mayassadan da bəhs etməyimiz şərtdir. 30 yaşlı Mayassayı sənət dünyasının ən görkəmli qadını kimi tanıdırlar. Ana-qız, "Qətər Muzeyinin kolleksiyasında iştirak etmək üçün bir Cezanne rəsminə 250 milyon dollar ödəyib. Əlbəttə, onun ardınca iradlar yağıb. Mozah “Financial Times”a verdiyi bir açıqlamasında xərclərilə bağlı bu cavabı verib: "Mediada çox pulu olan, bununla nə edəcəyini bilməyən ağılsızlar kimi göstərirliik. Çox şükür, imkanlarımız var, amma pulumuzu hara xərcləmək lazım olduğunu da yaxşı bilirik".

İlk illərdə Mozahın geyim tərzi etibarilə qərbin Qətərə rəğbət bəsləməsi üçün çıxarılan bir layihə olduğu iddia edilib. Amma özünəməxsus vizit kartında yazılanlara baxaq: Qətər Təhsil, Elm və İctimai İnkişaf Fondunun rəhbəri, 1996-cı ildə a Doha yaxınlığında altı Amerika, İngiltərə və bir Fransa universitetinin yerləşdiyi "Təhsil şəhəri”nin yaradıcısı. “Əl Cəzirə” televiziyasında uşaq kanalı açılmasının səbəbkarı. YUNESKO-nun ali təhsil üzrə xüsusi elçisi, Qətər Filarmoniya orkestrinin qurucusu. 2008-cı ildə açılan İslam İncəsənət Muzeyinin tikliməsinin əsas səbəbkarı.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.