Rusiyada sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı artıb

12-06-2017, 07:40           
Rusiyada sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3-ü uşaq olmaqla, 40-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb,

Hadisə ötən axşam “Baykal” federal avtomobil magistralının Petrovsk-Zabaykalsk rayonundan keçən hissəsində qeydə alınıb. İçərisində 50-dən çox sərnişinin olduğu avtobus qəflətən idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

***

21:49

Rusiyanın Zabaykalye diyarında ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, qəza zamanı avtobusda 51 nəfər olub. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru