Rusiyanın "Lube" qrupunun solisti Nikolay Rastorquyev xəstaxanaya yerləşdirilib

13-06-2017, 07:34           

Rusiyanın məhşur "Lube" qrupunun solisti Nikolay Rastorquyev Tula şəhərində tibb müəssisələrinin birinə yerləşdirilib.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, təcili tibbi yardım maşını ifaçını birbaşa konsertin keçiriləcəyi Tula şəhərinin meydanlarının birindən xəstəxanaya aparıb.

Məlumata görə, daha əvvəl müğənninin ürəyində olan problemlərlə bağlı konsertdə iştirak edə bilməyəcəyi haqda məlumat verilib.

Qeyd edək ki, Rastorquyevın 60 yaşı var və o, 1989-ci ildən "Lube" qrupunun solistidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru