Aleksey Navalnıy 30 sutkalıq həbs cəzası alıb

13-06-2017, 07:39           
Aleksey Navalnıy 30 sutkalıq həbs cəzası alıb
Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnıy 30 sutka həbs cəzası alıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Moskvanın Simonov məhkəməsi razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirdiyinə görə A.Navalnıyə 30 sutkalıq inzibati həbs verib.

Ötən gün Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçirilib. Aksiyasın təşkilatçısı A.Navalnıy son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər meriyası ilə razılaşdırılmayıb. A. Navalnıy aksiyanın keçirilməsinə bir neçə saat qalmış yaşadığı evin qarşısında saxlanılıb.

İyunun 12-də Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında azı 650 nəfər saxlanılıb. Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru