Rumıniyada hərbi təyyarə qəzaya uğrayıb 13-06-2017, 07:40 Rumıniyada “МiG-21 Lancer” hərbi təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. APA-nın “Sputnik Moldova”-ya istinadən verdiyi məlumata görə, insident Konstansa şəhəri yaxınlığında baş verib. Havaya qalxan təyyarə hərbi bazanın yaxınlığında yerə düşüb. Qəza nəticəsində sağ qalan pilot huşsuz vəziyyətdə tapılıb. Qeyd edək ki, Konstansa yaxınlığında Rumıniya və Bolqarıstan hərbçilərinin birgə təlimi keçirilir. Facebook-da paylaş