Putin: “Əl-Qaidə” ABŞ-ın fəaliyyətinin nəticəsidir”

13-06-2017, 07:42           
Putin: “Əl-Qaidə” ABŞ-ın fəaliyyətinin nəticəsidir”
“Əl-Qaidə” terror qruplaşmasını ABŞ yetişdirib, boya-başa çatdırıb və buna görə məsuliyyətini dərk etməlidir”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Əl-Qaidə” bizim yox, ABŞ-ın fəaliyyətinin nəticəsidir. Bu, Sovet ordusunun Əfqanıstan ərazisində olduğu zaman başlayıb. O zaman ABŞ xüsusi xidmət orqanları Sovet ordusu ilə mübarizədə müxtəlif radikal dini cərəyanlara dəstək verirdilər. “Əl-Qaidə” və Ben Ladeni məhz ABŞ yetişdirib. Sonra isə proseslər nəzarətdən çıxıb. Bu daim belə olur. ABŞ bunu bilməli idi, bu onların günahıdır”, deyə V.Putin bildirib.

Qeyd edək ki, rejissor Oliver Stounun lentə aldığı “Putinin müsahibəsi” adlı sənədli film bü günlərdə ABŞ-ın “Showtime” telekanalında nümayiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru