Cənubi Koreya prezidenti DÇ-2030-u Şimali Koreya ilə keçirməyi təklif edib

13-06-2017, 07:51           
Cənubi Koreya prezidenti DÇ-2030-u Şimali Koreya ilə keçirməyi təklif edib
ənubi Koreyanın yeni prezidenti Mun Çje İn futbol üzrə 2030-cu il dünya çempionatını Şimali Koreya və Şimal-Şərqi Asiyanın digər ölkələri ilə birgə keçirmək arzusunda olduğunu ifadə edib.
"Report" xəbər verir ki, Mun Çje İn bunu Seulda FİFA prezidenti Canni İnfantino ilə görüş zamanı bildirib.
"Əgər Şimal-Şərqi Asiyanın qonşu ölkələri, o cümlədən Şimali və Cənubi Koreya dövlətləri futbol üzrə dünya çempionatını qəbul etməyi bacararlarsa, düşünürəm ki, bu, Şimali və Cənubi Koreya dövlətləri arasında, həmçinin Şimal-Şərqi Asiyada sülhün bərqərar olmasına kömək edəcək. Mən prezident İnfantinonun bu məsələyə maraq göstərməsini istərdim", - deyə "AP News" Munun sözlərini sitat gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru